Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bütün fakültələrində su ehtiyatlarının idarə edilməsinə həsr olunmuş tədbirlər keçirilib.
Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələri və UNEC Dizayn Məktəbinin birgə təşkil etdiyi seminarda fakültənin dekanı dosent Elçin Səmədov, Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Ramil Sadıqov, kafedranın ixtisas rəhbəri dosent Mövlud Hüseynov dünyada su ehtiyatının çatışmazlığı, sudan səmərəli istifadə yollarının araşdırılması barədə tələbələri məlumatlandırıblar.
Maliyyə və mühasibat fakültəsində keçirilən tədbirdə fakültə dekanı dosent Hafis Hacıyev, İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının dosenti İlqar Xəlilov ölkəmizdə şirin su ehtiyatlarından səmərəli istifadənin zəruriliyindən danışaraq, dövlətimizin bu məsələyə böyük önəm verdiyini qeyd ediblər.
İqtisadiyyat və idarəetmə fakültəsində baş tutan maarifləndirici tədbirdə fakültə dekanı dosent Elçin Eyvazov, Sosial innovasiyalar və ictimai idarəetmə kafedrasının dosenti Afaq Hacıyeva tükənən şirin su ehtiyatları fonunda ekoloji maarifləndirmə tədbirləri istiqamətində xüsusilə ali təhsil sektorunun üzərinə düşən öhdəliklərdən danışıblar.
UNEC Rus İqtisad Məktəbində isə İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının dosenti Adik Məmmədov tələbələrə sudan qənaətli istifadənin önəmindən söz açıb.
Silsilə tədbirlər Biznes və menecment, Türk Dünyası İqtisad fakültələri, Beynəlxalq İqtisadiyyat Məktəbi, “SABAH” Mərkəzi, Ümumi fənlərin tədrisinin təşkili departamentində də təşkil olunub.
Tehsil-press.az