Gürcüstanda “qanuni oğru”lar arasında “RAZBORKA” – 8 nəfər TUTULDU

Gürcüstanda “qanuni oğru”lar arasında “RAZBORKA” – 8 nəfər TUTULDU Gürcüstanda tikinti biznesi ilə bağlı “oğru”lar arasında maliyyə mübahisəsi yaranıb. Mübahisə böyüyərək qalmaqala çevrilib. Məhkəmə qalmaqala qarışan 8 təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Bu barədə Gürcüstan mediası məlumat yayıb.

Tbilisi, Rustavi (Kvemo Kartli) və Çxorotsku (Sameqrelo-Zemo Svaneti) şəhərlərində 8 nəfər saxlanılıb. Oğrular dünyasına üzvlük, oğrular dünyasına dəstək və oğrular dünyasının üzvü ilə əlaqə saxlamaqda təqsirləndirilən şəxsləri on ilə qədər həbs gözləyir. İstintaq müəyyən edib ki, xarici dövlətin vətəndaşı ilə saxlanılan şəxslərdən biri arasında tikinti biznesi ilə bağlı maliyyə mübahisəsi yaranıb. Mübahisəli məbləğ 130 min laridir (təxminən 48 min dollar).

Həmin şirkətin əməkdaşı əcnəbiyə kömək vəd edib və oğruların qanunları ilə pul ələ keçirmək üçün oğlu da daxil olmaqla kriminal avtoritetlərə müraciət edib. Münaqişənin digər tərəfi də kömək üçün kriminal avtoritetlərə müraciət edib. Qanuni oğrular - Nika Qitolendiya və Nodar Şukakidzenin işinə kriminal avtoritetlər cəlb edilib. Bundan sonra onlar “oğrular arasında razborka” təşkil edərək mübahisə edən tərəflərdən birini digərinə müəyyən məbləğdə pul ödəməyə məcbur ediblər. Məbləğin bir hissəsini özləri üçün götürməli idilər.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxslərin evlərinə baxış və şəxsi axtarış nəticəsində onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları mobil telefonlar maddi sübut kimi götürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər