"Düşmənimiz Azərbaycan deyil" - Baqratyan

“Biz çıxılmaz vəziyyətdəyik, Paşinyanı uzaqlaşdırmaq lazımdır. Ölkə hücum zamanı özünü müdafiə etməyə hazır olmalıdır, lakin bu istiqamətdə heç bir iş görülmür”.

Bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

O, həmçinin əlavə edib:

“Bütün gün biz Rusiyaya qarşı təhqirlər və Qərb haqqında şişirdilmiş fikirlər eşidirik, baxmayaraq ki, hər ikisi ilə yaxşı münasibətdə olmalıyıq, Rusiyanın hələ də müttəfiqimiz olduğunu unutmamalıyıq”, – o vurğulayıb.

Baqratyan əlavə edib ki, Mher Qriqoryan danışıqlarda uğursuzluğa düçar olduğuna görə, son vaxtlar hökumətdə qızğın müzakirələr gedir.

“Paşinyan, Armen Qriqoryan, Alen Simonyan kimi adamlarla işləmək mümkün deyil. Paşinyan niyə 1991-ci il bəyannaməsindən danışır?Bugünkü düşmənimiz Azərbaycan deyil”, – deyə sabiq baş nazir fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər