Paşinyan təcili Moskvaya yollandı

Paşinyan təcili Moskvaya yollandı Növbəti hərbi avantürada uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan təcili şəkildə Moskvaya yollanıb.
Bu gedişdə məqsəd Rusiya rəhbərliyinin onu müvafiq səviyyədə qəbul etməsinə nail olmaqdır.
Tarix onu göstərir ki, ermənilər həmişə bu kimi uğursuz təxribatlardan sonra dərhal “böyük qardaş” axtarışında olurlar. Lakin KTMT-nin Paşinyanın müraciətinə laqeyd münasibəti əyani şəkildə göstərdi ki, Rusiyanın “Sorosun təyinatı” olan N.Paşinyan və onun komandası haqqında öz mövqeyi var.
Paralel olaraq, Ermənistanın NATO yanında təmsilçiləri təcili şəkildə NATO-nun hərbi komandanlığı ilə görüş keçiriblər.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonayan NATO-da hərbi nümayəndə olub. Tonoyanın NATO ilə bağlılığını nəzərə aldıqda, aydın olur ki, Ermənistan rəhbərliyi hazırda rəsmi Moskvanı aldatmaq yolunu tutub.

Tehsil-press.az

Oxşar xəbərlər