Donbasda vəziyyət gərginləşdi

Donbasda vəziyyət gərginləşdi Donbasda atəşkəs rejiminin pozulması halları kəskin artıb.

Tehsil-press.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bildirib.
“İşçi qrupunun əlaqələndiricisi atəşkəs rejiminin pozulması hallarının kəskin artdığına görə narahatlığını ifadə edib. Xüsusən aprelin 6-dan sonra. Sutka ərzində 5 000-dək atəşkəs rejiminin pozulması halları qeydə alınıb, bu çox qorxuludur. Atışma zamanı əvvəl təmas xəttindən geri çəkilən ağır silahlar, artilleriya və minaatanlardan istifadə olunub”, - deyə M.Saydik bildirib.

tehsil-press.az

Oxşar xəbərlər