Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bunu 51 yaşlı veteran hücumçunun özü açıqlayıb.

O bildirib ki, müalicə xərclərini Fond qarşılayacaq: “Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm. Bundan sonra onların nəzarəti altında “Liv Bona Dea Hospital”da müalicəmi davam etdirəcəm. Sevinirəm ki, məni bu yolda tək qoymadılar və səsimə səs verdilər”.

Qeyd edək ki, V. Vasilyev bu il fevralın əvvəlində insult keçirib.

Tehsil-press.az

Oxşar xəbərlər