Buraxılış imtahanında sıfır bal toplamaları abituriyentlərin attestat almasına mane olmur.
Bu sözləri nəticələri ləğv olunan abituriyentlər haqda Publika.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, may ayının 3 və 10-da keçirilən imtahanlar əsas etibarilə ali təhsil müəssisələrinə, həmçinin 11-ci sinif bazasından kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün çox əhəmiyyətlidir.
“Ali məktəblərə qəbul olmaq istəyən 1-ci, 2-ci, 3-ü, 4-cü, hətta 5-ci ixtisas qrupu üzrə abituriyentlərin buraxılış imtahanından topladıqları bal qəbul imtahanında topladıqları balların üzərinə gəlir və bununla müvafiq ixtisas seçiminə gedilir. Həmçinin mart ayının üçündə və onunda keçirilən buraxılış imtahanında toplanan balla 11-ci sinif bazasından kolleclərə seçim mümkündür:
Buraxılış imtahanından xaric olmaları şagirdlərin attestat almasına mane olmur. İmtahan nəticələri sıfır olsa belə və yaxud da buraxılış imtahanında hər hansı qayda pozduğuna, imtahanda yol verdiyi nöqsanlara görə imtahandan kənarlaşdırılan şagirdlər həmin il Azərbaycanda keçirilən qəbul imtahanlarında iştirak edə bilmirlər. Hətta müsabiqə şərtlərini ödəsələr belə. Həmin şəxslər attestat alır, yəni imtahanda pozduqları qayda onların attestat almasına mane olmur, sadəcə olaraq attestatın sağ tərəfində, yuxarıda sıfır bal topladıqları qeyd olunur. Həmin şəxslər attestatlarını alıb, xarici ölkələrdə təhsil almağa gedə bilərlər. Bunun üçün hər hansı bir maneə yoxdur. Və yaxud da gələn il eyni imtahanda iştirak edib, Azərbaycanda ali məktəblərə qəbul ola bilərlər”.
Kamran Əsədov onu da əlavə etdi ki, abituriyentlər arasında gələcək karyerasını düşünməyənlər də az deyil:
“Biz zaman-zaman imtahan zalını vaxtından əvvəl tərk edən abituriyentlərlə qarşılaşırıq. Həmin uşaqlar gələcək karyeralarını düşünmür. Bu, onlar üçün mənfi hal yaradır”.
Ekspert onu da əlavə etdi ki, məktəbdə bilik səviyyəsi aşağı olan şagirdlər az deyil. Həmin uşaqlar məktəbdaxili qiymətləndirmədə humanizm prinsipindən yararlanaraq sinifdən sinfə keçirlər:
“Biz bilirik ki, bir çox məktəbdə şagirdlərə sadəcə olaraq qiymətlər yazılır ki, onlar sinifdən sinfə keçsinlər. Onların gələcək karyera ilə bağlı maraqları olmur. Sadəcə onları sinifdə saxlamaq ümumi iş prinsipinə mane olur. Hətta şagirdləri, demək olar ki, sinifdə saxlamaq çox çətindir. Yəni məktəb üçün əlavə problemdir. Ona görə də buraxılış imtahanında və yaxud da qəbul imtahanlarında formal xarakterli iştirak etmək istəyən şəxslər var. Onlara minimum qiymət yazılır ki, növbəti sinfə keçsin və məktəbi bitirərək təhsillərini başa vurub, gələcəkdə hər hansı bir peşəyə yiyələnsin və yaxud da əmək bazarında işçi qüvvəsinə çevrilsinlər”.
Tehsil-press.az