Sinqapur Milli Universitetinin tədqiqat qrupu xərçəng riski ilə düzgün olmayan qidalanma, həmçinin diabet kimi ümumi xəstəliklər arasında əlaqə tapıb.
Tədqiqatçılar BRCA2 geninin qüsurlu bir nüsxəsinə malik olduğu üçün döş və ya yumurtalıq xərçəngi inkişaf riski yüksək olan xəstələri tədqiq ediblər. Belə xəstələrin hüceyrələrinin qlükozanın parçalanması zamanı əmələ gələn metilqlioksalın təsirinə xüsusilə həssas olduğu nümayiş etdirilib.
Bu maddə DNT-də xərçəngin inkişafına səbəb olur.Bu insanlarda elm adamları xərçəngə tutulma riskinin daha yüksək olduğunu göstərən biomarkerlər müəyyən ediblər.
Metilglioksal xərçəngin qarşısını alan qoruyucu genləri müvəqqəti olaraq təsirsiz hala gətirə bilər.
Tehsil-press.az