Fizika İnstitutunda Milli Aviasiya Akademiyasının Fizika-texnologiya fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar. “Mühəndis fizikası” ixtisası üzrə təhsil alan IV kurs tələbələri fizika üzrə fəlsəfə doktoru Elşən Əsədovun rəhbərliyi ilə 1 ay müddətində “Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası” laboratoriyasında təcrübə keçəcək, burada aparılan tədqiqatlarla tanış olacaq, buraxılış işinin mövzusuna uyğun araşdırmalar aparacaqlar.
Tehsil-press.az
Tehsil-press.az