Bakı Dövlət Universitetinin (BDU) Fiziki elektronika kafedrasının dördüncü kurs tələbələri Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda istehsalat təcrübəsi keçəcəklər.
Tələbələrə Yüksək gərginliklərin fizikası və texnikası laboratoriyasının rəhbəri fizika üzrə fəlsəfə doktoru Təranə Nuriyeva rəhbərlik edəcək. Tələbələr burada laboratoriyanın elmi araşdırmalarda istifadə etdiyi metodikanın iş prinsipləri, aparılan tədqiqatların istiqamətləri və elmi nəticələr haqqında məlumat əldə edəcəklər. Biraylıq təcrübə müddətində onlar iş prosesində yaxından iştirak etmək, həmçinin öz dissertasiya işlərinə uyğun tədqiqatlar aparmaq imkanı qazanacaqlar.
Tələbələrə BDU tərəfindən Fiziki elektronika kafedrasında laboratoriya müdiri fizika üzrə fəlsəfə doktoru, dosent Şəmsəddin Allahverdiyev rəhbərlik edəcək.
Tehsil-press.az