ADNSU-nun tələbələri Fizika İnstitutunun gənc alimləri ilə görüşüblər

ADNSU-nun tələbələri Fizika İnstitutunun gənc alimləri ilə görüşüblər “TEKNOFEST” festivalında 1-ci yerə layiq görülən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Fizika İnstitutunda gənc alimlərlə görüşüblər.
Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimov tələbələri müəssisənin laboratoriyaları ilə tanış edib. ADNSU-da dərs dediyi tələblərinin “TEKNOFEST”də qalib olduqlarına görə onları təbrik edib, uğurlar arzulayıb.
Daha sonra Yarımkeçiricilərdə aşqarlar laboratoriyasının rəhbəri fizika riyaziyyat elmləri doktoru Rəşad Rəhimov tələbələrə laboratoriya haqqında geniş məlumat verərək onları cihazlarla tanış edib. Həmçinin tələbələr atom qüvvə mikroskopu haqqında da geniş izahlı məlumat əldə ediblər.
Fizika İnstitutunun icraçı direktoru fizika riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov tələbələrə dərslərində və gələcək işlərində uğurlar arzulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər