Özbəkistanlı alimlər Fizika İnstitutunda ezamiyyətdədirlər

Özbəkistanlı alimlər Fizika İnstitutunda ezamiyyətdədirlər Elm və Təhsil Nazirliyinin akademik H.M.Abdullayev adına Fizika İnstitutunda özbəkistanlı alimlər, kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatov və aspirant Firdavsi Tursunov elmi ezamiyyətdədirlər.
Ş.Raşidov adına Səmərqənd Dövlət Universitetinin əməkdaşları bir ay davam edəcək ezamiyyət müddətində “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Təranə Nurubəylinin rəhbərliyi ilə neft və qaz yataqlarının geokimyəvi metodlarla axtarışı və kəşfiyyatı istiqamətində birgə elmi tədqiqatlar aparacaqlar.
Qeyd edək ki, elmi mübadilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Özbəkistan Respublikası İnnovasiyanın İnkişafı Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində reallaşdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər