Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 2-ci cəhdinin nəticələrini açıqlayıb.
Imtahanlarda rus bölmısi üzrə ən yüksək balı hansı bakalavrın topladığı bəlli olub: bu, Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsidir.
BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.
Qəhrəman 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olunub. Prezident təqaüdçüsüdür. Erasmus+ mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb. Bu il SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilib. Hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.
Tehsil-press.az