Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır! Son günlər Ermənistanda müxalifyönlü mətbuat və bəzi müxalifət liderləri tez-tez delimitasiya prosesinin gedişində İrəvanın Göyçə və Zəngəzuru Azərbaycana qaytaracağı ilə bağlı iddialar səsləndirir. İddiaların əsas arqumenti kimi, rəsmi Bakının danışıqlar prosesində mütəmadi dilə gətirdiyi 1920-ci il xəritəsi və arxiv materialları göstərilir. Lakin Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyi belə bir addımın atılmayacağını bəyan edir.

Bəs delimitasiya prosesinin gedişində erməni müxaliflərin iddiaları reallaşa bilərmi?

Mövzu ilə bağlı danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, bu sadəcə məqsədyönlü şəkildə və təxribat məqsədi daşıyan addımdır:

“Bu məqsədyönlü şəkildə Ermənistan müxalifətinə və müxalif mətbuata verilmiş tezisdir. Delimitasiya prosesinə ilkin şəraitdə maneə olma xarakteri daşıyır. Çünki məlum olduğu kimi, 4 kəndin qaytarılması ilə bağlı keçirilən aksiyalar ciddi xarakter almadı və ciddi dəstək verilmədi. Sadəcə, həmin regionda yerləşən erməni kəndlilərin xırda qruplar şəkilinində keçirdiyi aksiyalar var və bu aksiyaların müxalifət dəstəkləyir. Onların məqsədi belə kiçik ixtişaşları İrəvana daşımaqdan ibarətdir. Bu aspektdən daha geniş ərazilərlə bağlı belə məsələləri gündəmə məqsədyönlü şəkildə gətirirlər ki, ictimai rəyi bu istiqamətə cəmləsinlər. Amma əgər söhbət delimitasiya prosesinin Almatı bəyənnaməsi çərçivəsində həyata keçirilməsindən gedirsə, düşünürəm ki, erməni mətbuatındakı bəyənatların prinsip etibarı ilə heç bir əsası yoxdur”.

Politoloq Başkəndin hansısa anklav kəndlə mübadilə edilməsi ilə bağlı səslənidirilən iddialara da aydınlıq gətirib:

“Mübadilə məsələsi biraz çətin prosesdurdur. Çünki hər iki ölkənin konstitusiyasına görə bu kimi məsələlər yalnız referendumla həll oluna bilər. Amma delimitasiya prosesində ərazilərlə bağlı müəyyən qarşılıqlı addımların atılması perspektivi var. Biz bu perspektivin real olduğunu görürük. Hər halda prinsip etibarı ilə bu məsələlər çox güman ki, qarşılıqlı razılaşmalar əsasında öz həllini tapacaq. Amma mən ərazi baxımından bir faktı deyim ki, Başkəndin ərazisi 40 kv/km-dir. Hal hazırda anklavda olan kəndlərimizin ümumi ərazisi isə təxminən 60 kv/km-ə bərabərdir. Bu prosesin həllini necə tapacağını zaman göstərəcək. Proseslərin əsas hissələri hələ irəlidədir. Burada bir çox təbii faktorlar, yüksəkliklər, su hövzələri kimi faktorlar da nəzərə alınır”. / Yenisabah.az/

Tehsil-press.az

Oxşar xəbərlər