Qazaxın 7 kəndi ilə bağlı məsələyə aydınlıq gətirildi

Qazaxın 7 kəndi ilə bağlı məsələyə aydınlıq gətirildi “Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq”.
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O qeyd edib ki, bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi ilə bağı məsələ aparılan danışıqlar nəticəsində həllini tapacaq.
Nazir müavini, eyni zamanda vurğulayıb ki, Ermənistanla sülh danışıqları Azərbaycanın 5 maddəlik təklifi əsasında aparılacaq.
X. Xələfovun sözlərinə görə, Brüssel görüşündən sonra belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib: “Bu istiqamətdə səylər davam etdirilir”.

Tehsil-press.az

Oxşar xəbərlər