Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Azərbaycanın 8 kəndinin qaytarılması ilə bağlı Ermənistana vaxt verilməsi, əks halda, aprelin əvvəlinə müharibə gözlənildiyi, lazım gələrsə, Azərbaycan Ordusunun İrəvana qədər irəliləyəcəyi barədə iddialara münasibət bildirib.
Deputat açıqlamasında deyib ki, bu fikirlər Ermənistanın Baş naziri Nikol Paşinyana aiddir:
“Paşinyan son 10 gün ərzində qapalı və açıq şəkildə, hətta Talış rayonunun kəndələrində yaşayan ermənilərlə görüşündə bu ifadələri işlətdi. Ermənistanın xəritəsini də nümayiş etdirdi ki, “4 kənd xəritədə yoxdur, həmin ərazilər Ermənistana aid deyil, Ermənistana aid olmayan ərazi bizim deyil, deməli, Azərbaycanındır, bu kəndləri qaytarmalıyıq”. Paşinyan bildirdi ki, əks təqdirdə, müharibə başlaya bilər, müharibə başlasa, hamımız bilirik, nəticəsi nə olacaq. Bu, Ermənistan cəmiyyətinə, dünya ermənilərinə, Ermənistanı və erməniləri himayə edən Fransa kimi bədniyyətlərə, Makrona bir xəbərdarlıq, mesaj idi ki, müharibə başlasa, biz Azərbaycanın qarşısında müqavimət göstərə bilməyəcəyik. Ermənistanda müxtəlif mənbələrdən körüklənən, xarici mərkəzlərdən idarə olunan revanşist qruplaşmalar var. Bunlar keçmiş hərbçilər, siyasətçilər, avantüristlər, avara, cinayətkar dəstədir. Paşinyan fikirləri ilə onlara da mesaj ünvanladı. Erməni mediasında bu fikirlər başqa cür səsləndirilir. Guya Azərbaycan Ermənistanı müharibə ilə hədələyir. Qətiyyən belə deyil. Azərbaycanda heç bir rəsmi dövlət xadimi, dövlət qurumu tərəfindən Ermənistana qarşı müharibəyə başlamaq barədə fikir səsləndirilməyib. Bu, ermənilərin bizə qarşı növbəti şər-böhtan kampaniyasıdır. Özləri səsləndiriblər. Sadəcə, Azərbaycan tələb qoyub ki, 8 kənd, xüsusilə anklav olmayan 4 kənd bizə qaytarılmalıdır. Əks təqdirdə, biz bu kəndlərin qaytarılması üçün müəyyən tədbirlər görməyə məcbur olacağıq. Yəni bu, Ermənistana qarşı müharibə hədəsi deyil. Ermənistan bundan nəticə çıxarmalı, başa düşməlidir ki, heç bir xüsusi əməliyyata ehtiyac olmadan kəndlər qaytarılmalıdır. Ermənistanda bəzi media qruplaşamaları, siyasətçilər Avropa, Amerika, öz havadarları üçün kampaniya yaratmağa çalışırlar ki, yenə də Azərbaycana qarşı təzyiq, təhdid olsun. Guya Azərbaycan kəndləri qaytarmaqdan ötrü müharibə edəcək. Kəndlər onsuz da Azərbaycanındır və Azərbaycana qaytarılmalıdır. Bunu Paşinyan özü də etiraf edir. Paşinyanın ətrafında ağlı yerində olan bəzi siyasətçilər də bunu deyiblər. Burada təəccüblü bir şey yoxdur. Azərbaycanın mövqeyi haqlıdır. Ərazi bütövlüyümüz təmin olunmalıdır. Bu kəndlər 1990-cı illərin əvvələrində işğal olunub. İndi isə ermənilər torpaqlarımızdan köçüb getməli, həmin kəndlərin sakinləri doğma yurd-yuvalarına qayıtmalıdırlar. Delimitasiya, demarkasiya məsələlərindən söhbət gedir. Yəni 8 kənd qaytarılmadıqdan sonra bu məsələlər tamamlana bilməz. Danışıqlar prosesində də delimitasiya və demarkasiya prosesinə xüsusi diqqət yetirilir”.
Tehsil-press.az

Aytəkin Qardaşova
Tehsil-press.az