Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinə başlanıldı

Azərbaycan-Ermənistan sərhədində demarkasiya işlərinə başlanıldı Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə edərək demarkasiya işlərinə başlayıblar.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında deyilir ki, demarkasiya işləri Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Zod mədəninin ərazisində aparılır.
"Sərhədlərin tam və dəqiq şəkildə müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması üçün son dərəcə vacibdir", - deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, demarkasiya işlərindən sonra Azərbaycan və Ermənistanın Silahlı Qüvvələri hərbi bazalarını göstərilən sərhədlərdə yerləşdirəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər