Gürcüstanda dolların məzənnəsi durmadan artır. Marneulidəki valyuta məntəqələrinin çoxu dollar satışını dayandırıb. Larinin sürətlə devalvasiyası təbii ki, məhsulların qiymətinə və hər bir vətəndaşın cibinə mənfi təsir edəcək.
Gürcüstanın böyük şirkətlərinin səhmlərinin London birjasında amortizasiya olunması, milyonlarla dollar itki deməkdir.
Marneulidəki supermarketlər həyəcan təbili çalır, onlar ərzaq məhsullarının qiymətlərin yenidən sərt şəkildə bahalaşacağını proqnoz edirlər.
İqtisadiyyat üzrə ekspertlər devalivasiyanı ölkədəki siyasi mühitlə əlaqələndirirlər və hökuməti günahlandırırlar.
Qeyd edək ki, qalmaqallara səbəb olan "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Parlament çoxluğu tərəfindən 14 may tarixində üçüncü oxunuşda qəbul olduqdan sonra, Gürcüstanda lari dollar qarşısında kəskin ucuzlaşmağa başlayıb. London brijasında Gürcüstanın ən əsas üç şirkəti "Bank of Georgia" , "TBC Bank" və "Capital of Georgia"nın səhmləri kəskin dərəcə ucuzlaşıb.
Tehsil-press.az