Türkiyəli jurnalist Mehmet Acet bir iranlı diplomatla Prezident İbrahim Rəisinin ölümü ilə yadda qalan helikopter qəzası barədə danışıb.
Jurnalist diplomatdan işin əslini öyrənməyə çalışıb.
Acetin “Bu olay qəzadır, yoxsa sabotaj” sualına iranlı belə cavab verib:
“Hələlik rəsmi mövqe qəza ilə bağlıdır. Bu, helikopterin dumanlı və yağışlı havada uçması zamanı meşəlik ərazidə baş verən qəzadır. Amma son nəticə texniki araşdırmalardan sonra məlum olacaq”.
Acet xatırladır k, qəzadan əvvəl İranın mərhum lideri İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Araz çayında bəndin açılışı mərasimində iştirak edib. Açılışda çıxış edən Rəisi ölkəsinin Azərbaycanla son 2.3 ildəki gərgin münasibətlərinin yumşalma yolunda olduğunu söyləyib.
Türkiyəli jurnalist iranlı diplomatdan bu məsələni də soruşub. İran rəsmisi Tehranla Bakı arasında “buzların əriməsi” istiqamətində mühüm addımların atıldığını bildirib.
“Həmsöhbət olduğum iranlı diplomat ölkəsinin Bakı ilə münasibətlərinin yenidən yumşalma yolunda olduğunu vurğulayarkən, mühüm məlumatlar verdi. Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyi qarşıdakı günlərdə yeni ünvanda fəaliyyətə başlayacaq. Diplomat qeyd etdi ki, helikopter qəzası ilə bağlı bir qədər gecikmə olsa da, Azərbaycanın Tehrandakı səfirliyi qısa müddət ərzində yeni ünvanında açılacaq”, – Acet deyib.
Jurnalist başqa bir maraqlı məqama da diqqət çəkib:
“Helikopter qəzasının Bakı ilə münasibətlərin yumşalmağa başladığını göstərən bir proqramdan (bəndin açılışı) az sonra baş verməsi və həmin proqramda səsləndirilən açıqlamalar qəza ilə bağlı sabotaj müzakirələrini başqa prizmadan gündəmə gətirir.
İran-Azərbaycan, İran-Türkiyə münasibətlərinin korlanmasını, hətta bu münasibətləri qarşıdurma səviyyəsinə gətirmək istəyənlər varmı? Olmamış olarmı? Bu hadisə ilə bağlı olub-olmamasından asılı olmayaraq, belə bir istəyi olanlara qarşı daim ayıq-sayıq və diqqətli olmaq lazımdır.
İranlı diplomatın sözlərinə görə, helikopter qəzası ilə bağlı müxtəlif fikirlərlə müşayiət olunan müzakirələr aparılırsa da, İranın hazırkı mövqeyi olayın qəza olması ilə bağlıdır”.
Tehsil-press.az