BDU-DA İLYAS ƏFƏNDİYEVİN 110 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ KİTAB SƏRGİSİ HAZIRLANIB

BDU-DA İLYAS ƏFƏNDİYEVİN 110 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ KİTAB SƏRGİSİ HAZIRLANIB Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında XX əsrdə Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərən ədib, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illik yubileyi ilə əlaqədar kitab sərgisi təşkil olunub. Sərgidə Elmi Kitabxananın fondunda qorunan, İlyas Əfəndiyevin müəllifi olduğu və onun haqqında yazılmış 50-yə yaxın kitab nümayiş olunur. Onların sırasında İlyas Əfəndiyevin müxtəlif illərdə nəşr olunmuş çoxcildlli “Seçilmiş əsərləri”, “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Geriyə baxma, qoca”, “Üç roman”, “Sarıköynəklə Valehin nağılı”, “Ceyran ovu”, həmçinin “İlyas Əfəndiyevin yaradıcılıq yolu” (Yaqub İsmayılov), “İlyas Əfəndiyev: Həyatı və yaradıcılığı haqqında müxtəsər oçerk” (Yəhya Seyidov), “Xarı bülbülün nağılı” (Yaşar Qarayev), “İlyas Əfəndiyevin tarixi dramları” (Səidə Şahbazova) kimi nəşrlər yer alır.

Sərgilənən kitablardan dramaturqun oğlu və ədəbi varisi Elçinin tərtib etdiyi “İlyas Əfəndiyev. Geriyə baxmağa dəyər…” və “İlyas Əfəndiyev. Ömür davam edir” adlı xatirə kitabları diqqəti daha çox cəlb edib.

Tehsil-press.az

Oxşar xəbərlər