BDU-da “Mikayıl Müşfiq-115” adlı kitab sərgisi təşkil edilib

BDU-da “Mikayıl Müşfiq-115” adlı kitab sərgisi təşkil edilib Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi münasibətilə "Mikayıl Müşfiq-115" adlı kitab sərgisi təşkil edib.
Sərgidə qısa ömür yaşamasına baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyan Mikayıl Müşfiqin Azərbaycan və rus dillərində nəşr olunan əsərləri, redaktoru olduğu, tərcümə etdiyi və şair haqqında yazılmış 30-a yaxın kitab yer alır.
Sərgi həftənin sonuna qədər ziyarətçilərin üzünə açıq olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər