Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Məhv olmuş gündəliklər” tamaşasını oynayıblar

Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Məhv olmuş gündəliklər” tamaşasını oynayıblar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsinin tələbələri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Maştağada yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdiriblər.
Tələbələrin ifasında səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, kursun səhnə danışığı müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva, dosent Nadir Hüseynovdur. Kafedra müdiri Əməkdar artist, professor Gülşad Baxşıyevadır.

Tehsil-press.az


Oxşar xəbərlər