Bakı Dövlət Universitetində (BDU) Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin 70 illik yubileyinə həsr olunmuş respublika elmi seminarı keçirilib.
Görkəmli alimin adına açılmış yeni auditoriyada təşkil olunan seminarda çıxış edən rektor Elçin Babayev bildirib ki, BDU hər zaman Azərbaycanın elm və təhsilinin məbədi, milli ideologiyasının, ictimai fikrinin daşıyıcısı olub. Fəaliyyət göstərdiyi 104 il ərzində BDU hər zaman bu müqəddəs missiyasına sadiq qalıb, ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı, peşəkar mütəxəssis yetişdirib. Heç şübhəsiz ki, BDU-nun dünyaşöhrətli məzunu bu il 100 illik yubileyini böyük qürurla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır” kəlamı BDU-ya verdiyi dəyərin, qiymətin bariz nümunəsidir. Rektor bildirib ki, BDU hər zaman ənənəyə sadiqlik, dəyərlərə hörmət ruhunu qoruyub saxlayıb. İctimai fikir tariximizdə, elmin, maarifin inkişafında əvəzedilməz xidmətlər göstərən BDU universitetin həyatında mühüm xidmətləri olmuş insanları daim qiymətləndirib, onların miras qoyduğu elmin, təhsilin keşiyində inamla dayanıb. Bu baxımdan Əməkdar elm xadimi, professor Vüsət Əfəndiyev ölkəmizin tanınmış coğrafiyaşünas alimlərindən olub, ömrünü BDU-da elm və təhsilin inkişafına həsr edib.
O, 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsinin dekan müavini, 1991-1999-cu illərdə Coğrafiya fakültəsinin dekanı, 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam şöbəsi üzrə prorektoru, 2004-2011-ci illərdə tədris işləri üzrə prorektoru, 2016-2019-cu illərdə BDU-nun Qazax filialının direktoru vəzifələrində çalışıb. 2007-2019-cu illərdə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri olub. Hazırda Vüsət Əfəndiyevin yetirmələri Coğrafiya fakültəsində onun yolunu davam etdirirlər.
Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov görkəmli alimin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, professor Vüsət Əfəndiyev 160-dan çox elmi əsərin, 7 monoqrafiya, 4 xəritə, 3 metodik göstəriş və 15 proqramın müəllifi olub.
BDU-nun Coğrafi ekologiya kafedrasının professoru Şövqisəfa Göyçayski, İqtisadi və sosial coğrafiya kafedrasının professoru Tapdıq Həsənov, Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri Saleh Nağıyev, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Memarlıq-planlaşdırma və şəhərsalma şöbəsinin müdiri Rafiq Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyaları kafedrasının müdiri Oqtay Alxasov, BDU-nun Hidrometeorologiya kafedrasının müdiri İmran Abdullayev, Vüsət Əfəndiyevin qardaşı Məmmədəli Əfəndiyev çıxışlarında görkəmli alimin coğrafiya elmi, BDU qarşısında xidmətlərini xatırladıb, müasir coğrafiyanın aktual problemlərinə dair mühazirələr deyiblər.
Tehsil-press.az