Abşeron rayon İcra Hakimiyyəti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərində “COP 29: Gənclərin iqlim dəyişikliyi hərəkatına çağırışı” adlı simpozium keçirilib.
Bakı Mühəndislik Universitetində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyəti başçısının müavini Gülnar Rəhimova, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Universitetin müəllim kollektivi, eləcə də yerli və xarici tələbələr iştirak edib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Açılış nitqləri ilə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova və BMU-nin rektoru Yaqub Piriyev COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasının, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğu, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının təsdiqlənməsi ilə yanaşı digər strateji və hüquqi sənədlərin qəbul olunması, hazırda bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində atılan önəmli addımlar, həyata keçirilən ardıcıl tədbirlər barədə danışdılar.
Çıxışlarda iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olduğu, həmin prioritetə, habelə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” nin tədbirlər planına əsasən aparılan işlər, qarşıya qoyulan hədəflər, habelə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsi, Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların gerçəkləşdirildiyi qeyd olunub.
BMU-da ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışan rektor universitetin Avropa İttifaqının “Horizon 2020” Tədqiqat və İnnovasiya proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsində yer alan 28 tərəfdaşdan biri olduğunu qeyd edib.
Gələcəyimiz olan gənclərdə ekoloji maariflənmənin daha da gücləndirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayan G.Rəhimova Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən çoxşaxəli işlərdən bəhs edib. O, eyni zamanda, rayonun alternativ enerji mənbəyi ilə zəngin ərazi olduğunu, burada dövlət tərəfindən müvafiq layihələrin icra edildiyini , gənclərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb, dövlətimizin qarşısında duran məqsədlər uğrunda həmrəyliyə, daha səylə çalışmağa və ətraf mühiti qorumağa çağırıb.
Şəhid Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova yenidən BMU-da olmaqdan və belə bir tədbirdə çıxış etməkdən məmnunluğunu bildirib. Bakının COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu vurğulayan X.İsmayılova Azərbaycanın bütün dünyada hər sahədə öz sözünü deməyə müvəffəq olmuş qüdrətli ölkə kimi tanındığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bunun bariz nümunəsi olduğunu deyən şəhid anası ermənilərin Qarabağda həyata keçirdiyi ekoloji terrordan danışıb, gənclərə bu tarixi faktları unutmamağı tövsiyə edib. Şəhid Elçin Həsənlinin bərpa olunan enerji mənbələri ilə bağlı bir neçə məqaləsinin olduğunu nəzərə çatdıran Xatirə İsmayılova onun keçdiyi şərəfli həyat yolundan da ətraflı bəhs edib.
Sonra tədbirdə BMU Texnoparkının direktoru, Sənaye mühəndisliyi kafedrasının dosenti İsa Qasımov “Yaşıl texnologiyaların iqtisadiyyatda və cəmiyyətdə rolu”, həmin kafedranın baş müəllimi Etibar Qəhrəmanov “İqlim dəyişikliyi” mövzularında məruzə ediblər. BMU-nun əcnəbi tələbələri - Abdullah Azharudin, Omar Muhamat Hassan, Nouriya Elyasi, Khaled Abudun çıxışlarında isə qlobal istiləşmə, iqlim dəyişikliyinin insanlığa təsiri, ekoloji problemlər kimi mövzulardan bəhs olunub.
Tədbir çərçivəsində Abşeron rayon məktəblilərinin iqlim dəyişiklikləri,ekoloji problemlərlə bağlı rəsm əsərləri sərgilənib.
Tehsil-press.az