Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Təbiətin davamlı harmoniyası” klubunun təşkilatçılığı ilə “İqlim dəyişmələrinin yaranma səbəbləri” mövzusunda seminar keçirilib. Seminarda klubun üzvləri və müəllimlər iştirak ediblər.
Tədbirdə iqlim dəyişikliyinin ümumi səbəbləri, bunun Azərbaycanın biomüxtəlifliyinə, nadir növlərinə təsiri üzrə aparılan tədqiqatların nəticələrindən bəhs edilib. Bildirilib ki, bütün dünya ölkələri kimi, bu gün Azərbaycanda da müxtəlif ekoloji problemlər mövcudur. Qlobal iqlim dəyişmələri nəticəsində Yer kürəsində temperaturun tədricən artması və dünyanın müxtəlif bölgələrində atmosfer yağıntılarının azalması müşahidə olunur, bu hal ölkəmizdə də özünü göstərir. Nəticədə çaylarda və su anbarlarında suyun səviyyəsi azalır. Ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması baxımdan əsas hədəflər su ehtiyatlarının çirklənməsinin, torpaqların deqradasiyasının qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsindən ibarətdir. Bu problemlərin həllinə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, ölkəmizdə nüfuzlu COP 29 tədbirinin keçirilməsi öz töhfəsini verəcək.
Zoologiya və fiziologiya kafedrasının müəllimi Sevinc Məmmədovanın mentorluğu ilə fakültənin tələbələri Madina Abdurzayeva, Kifayət Əliyeva, Aygün Abbasova və Telli Cəfərova istixana effektləri, əbədi buzlaqlar, insan fəaliyyətinin nəticələri, Azərbaycanın yaşıl vədləri, Tərəflər Konfransının məqsədi kimi mövzularda çıxışlar ediblər.
Sonda müəllim və tələbələrin iştirakı ilə mövzu haqqında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az