İki mindən çox namizəd dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı verəcək

İki mindən çox namizəd dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı verəcək Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 19-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Bakı şəhərində test imtahanları keçirəcək.
İmtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
-İmtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahan vermək üçün BA qrupu üzrə 582, BB qrupu üzrə 1544 olmaqla, ümumilikdə 2126 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 198 nəzarətçi müəllim, 18 buraxılış rejimi əməkdaşı ayrılıb.
Qeyd: İyunun 19-da dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə də test imtahanı keçiriləcək. Bu imtahan, həmçinin BB vəzifə qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər