Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində COP29 çərçivəsində ağacəkmə aksiyası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində COP29 çərçivəsində ağacəkmə aksiyası keçirilib Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) Pirşağıda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirib.

Aksiyada kənd təsərrüfatı nazirinin müavini, COP29 Təşkilat Komitəsinin üzvü İlhamə Qədimova, Nazirliyin Mərkəzi Aparatı və tabeli qurumlarının əməkdaşları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib.

Aksiya zamanı Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində Pirşağının torpaq-iqlim şəraitinə uyğun tarlaqoruyucu meşə zolağı kimi 300 ağac əkilib.

Aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Ağacəkmə aksiyasının iştirakçıları ölkəmizin COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndiriblər. Qeyd edilib ki, iqlim dəyişmələri artıq bütün dövlətlər qarşısında qlobal çağırış kimi dayanır. Bu baxımdan müxtəlif ölkələrin, beynəlxalq ictimaiyyətin üzərinə böyük iş və məsuliyyət düşür. Aksiya iştirakçıları bildiriblər ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə prioritet təşkil edir və bu istiqamətdə böyük işlər görülür.

Aksiya çərçivəsində "Yağıntı sularının ekoloji və iqtisadi səmərəliliyi", "Çirkab suların aqrotexniki suvarmada tətbiqi" ilə bağlı təqdimatlar keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər