"Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə araşdırması davam edir.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev əvvəl prokurorun suallarını cavablamaqdan imtina edib.
Təqsirləndirilən şəxs etirazını zərərçəkmiş tərəfin prosesdə iştirak etməməsi, dəymiş ziyanın nədən ibarət olduğunu bilməməsi ilə əlaqələndirib: "Heç bir dövlət qurumu mənim fəaliyyətimdən narazı qalmayıb. Həmçinin mən özümü təqsirli bilmirəm. Məni işə salıblar. Zərərçəkmiş gəlsin ifadə versin, desin görək, onlara nə ziyan dəyib”.
Prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin etirazının əsassız olduğunu deyib. Prokuror izah edib ki, bu işdə zərərçəkmiş yox, zərərçəkmiş qurumun nümayəndəsi var, qanun da onu dindirməyə icazə vermir.
Təqsirləndirilən şəxs və vəkilləri prokurorun izahına baxmayaraq, etiraza davam ediblər. Müdafiə və ittiham tərəfi arasındakı sözlü mübahisəyə məhkəmə tərkibinə daxil olan hakim Novruz Kərimov nöqtə qoyub.
Tehsil-press.az