Azərbaycan Dillər Universitetinin Ağsaqqallar Şurasının, Nəsimi Rayon Ağsaqqallar Şurasının və YAP Nəsimi rayon təşkilatının iştirakı ilə COP29-la bağlı “İqlim dəyişikliyi müasir dövrün ən qlobal problemidir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Ağsaqqallar Şurasının sədri Ələddin Əliyev COP29 kimi beynəlxalq miqyaslı tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin həm ictimai-siyasi nüfuzu, həm də uğuru olduğunu vurğulayıb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən mötəbər tədbirlərindən olan COP29-a yekdil qərarla ev sahibi seçilməsi həm respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması, həmçinin, bizim ətraf mühitə münasibətimizdən asılıdır. Yaşıl iqtisadiyyata keçmək üçün yaşıl təfəkkürün formalaşması vacib şərtdir. Təbiəti qorumaq üçün hamılıqla bu amal uğrunda birləşməliyik.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski bildirib ki, müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri - iqlim dəyişmələri, su ehtiyatlarının tükənməsi, atmosfer havasının çirklənməsi və s. problemlər həllini gözləyən təxirəsalınmaz məsələlərdəndir. İqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat edir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.
Təhsil-2 fakültəsinin dekanı, Azərbaycan Dillər Universitetinin Ağsaqqallar Şurasının sədr müavini, dosent Salman Nuriyev bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin potensialından istifadə edir. Təmiz ətraf mühit Azərbaycan dövlətinin milli hədəflərindən biridir.
Tədbirdə çıxış edən Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanova, Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva, Təhsil-2 fakültəsinin III kurs tələbəsi Jalə Məmmədli Azərbaycanda ekoloji problemlərin həll edilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıblar. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi dünyanın diqqətini respublikamıza cəlb edəcək, ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artıracaq.
Tehsil-press.az