Loqonun təqdimatında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, öz dövrünə görə vizuallıq baxımından müxtəlif meyarlara uyğun olsa da zaman keçdikcə universitetin loqosunun dəyişilməsi və daha müasir standartlara cavab verən, zamanın tələblərinə uyğun olan yeni bir loqonun ərsəyə gəlməsi üçün müəyyən bir zərurət yaranmışdı. Bu məqsədlə bir ildən artıq davam edən müsabiqəyə 100-dən artıq təqdimat qəbul edilib.
Müsabiqənin səsverməsinin sorğu şəklində keçirildiyini bildirən rektor loqotipin təkliflərini ictimaiyyətdən, həmçinin NDU kollektivi üzvlərindən alındığını qeyd edib. Elbrus İsayev vurğulayıb ki, yeni loqo kifayət qədər sadədir. Loqoda Naxçıvanın rənglərinə üstünlük verilib. Loqo hazırlanarkən Naxçıvanın özünün təbii, orijinal təbiətdən aldığı və min illərdir abidələrimiz üzərində yaşayan təbii rəngləri yenidən kəşf etdik. Eyni zamanda loqomuzda həm tələbə yönümlülük, eyni zamanda təhsil, tədqiqat, nnovasiya mövzusu nəzərə alınıb. Loqotipimiz gələcək elmi, innovasiyanı təşviq edən, onu simvolizə edən bir göstərici kimi bu gün kollektivimizə, ictimaiyyətə təqdim
lunur. Əminəm ki, bu loqonun işığında NDU bundan sonra daha böyük uğurlara imza atacaq NDU-nun şöbə müdiri Vüsal Novruzov universitetin yeni loqosunu təqdim
edərək qeyd edib ki, loqodakı rəng seçimiləri - firuzə mavisi Naxçıvanın təbiətini, qızılı isə günəşli torpaqları xatırladır. Dizaynda istifadə olunan müasir və minimalist üslub, universitetin yeniliklərə açıq olduğunu və müasir təhsil metodlarının tətbiqi barədə ilkin rəy yaradır. Loqo universitet ağacı konsepsiyasında yığılıb. Loqoda yer alan meyvə və çiçəklər məzunları, tələbələri simvolizə edir.
Vüsal Novruzov çıxışı zaman söyləyib ki, loqoda əks olunan bütün ornametnlər elmi simvolizə edir. İnsanın mərkəzdə dayanması isə insan mərkəzli, tələbə mərkəzli bir təhsil sistemi və qurum olduğunu göstərir. Yeni loqo universitetin təhsil, tədqiqat və innovasiya imkanlarını yaradıcılıq elementləri fonunda özündə birləşdirir.
Qeyd edək ki, sürətlə modernləşən NDU-da həyata keçirilən kompleks tədbirlər yeni dövrün universitetinə çevrilmək məqsədinə xidmət edir.
Tehsil-press.az