Təyyarədə əxlaqsız hərəkət etdi - Pilotlar təcili enişə məcbur oldu

Təyyarədə əxlaqsız hərəkət etdi - Pilotlar təcili enişə məcbur oldu Jet2 təyyarəsində sərnişinlər arasında böyük təşviş yaranıb.

Kişi sərnişinlərdən biri ayaq yolunda əxlaqsız hərəkətlər edib, qəribə intim səslər çıxarmaqla uçuşu pozub.

Daily Mail nəşrinin məlumatına görə, insident Edinburqdan İbizaya uçan təyyarədə baş verib. Səs-küy çıxaran şəxsin konkret nə etdiyini dəqiqləşdirməsələr də, nəticədə sərnişinlərdən birinə tibbi yardım lazım olub. Təyyarənin kapitanı uçuşu Bristola yönləndirmək qərarına gəlib.

Eniş etdikdən sonra həmin şəxs həbs edilib. O, hazırda həbsdədir.

Tehsil-press.az

Oxşar xəbərlər