London Lukaşenkonu hədələdi: Ciddi nəticələr olacaq

London Lukaşenkonu hədələdi: Ciddi nəticələr olacaq Belarus müxalifətçi, "Nexta" Teleqram kanalının qurucusu Roman Protaseviçin həbsinə dair Belarusun addımı ciddi nəticələrə səbəb olacaq.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab deyib.
"Böyük Britaniya Roman Protaseviçin həbsi və təyyarənin Minskdə məcburi enişi səbəblərindən narahatdır. Addımlarımızı müttəfiqlərimizlə müzakirə edirik. Lukaşenkonun bu qəribə hərəkəti ciddi nəticələrə səbəb olacaq", - deyə Britaniyanın xarici işlər naziri Tvitter hesabında yazıb.
Qeyd edək ki, Afinadan Vilnüsə uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb. Əvəzində isə təyyarədə olan “Nexta” Teleqram kanalının keçmiş rəhbəri, Belarusun ekstremist elan etdiyi Roman Protaseviç saxlanılıb.

Tehsil-press.az




Oxşar xəbərlər