Azərbaycanın bu ölkələrlə quru sərhədləri AÇILIR - TARİX BİLİNDİ

Azərbaycanın bu ölkələrlə quru sərhədləri AÇILIR - TARİX BİLİNDİ Gürcüstan və Azərbaycan arasında yeni gömrük keçid məntəqəsi yaradılacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib. Məlumata görə, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, - deyə məlumatda bildirilir.

Xüsusi karantin rejiminə görə ölkənin quru sərhədləri bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən il mayın 5-də "Covid-19″la bağlı qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib.

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (COP) noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə start verib.

Maraqlıdır, Gürcüstan və Azərbaycan arasında yeni gömrük keçid məntəqəsinin yaradılması, eyni zamanda qarşıdan gələn COP29-la bağlı Azərbaycanın quru sərhədləri açıla bilər?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov News24.az-a açıqlamasında bildirib ki, COP29 tədbirinə qədər Azərbaycanın bir sıra qonşu ölklərlə quru sərhədləri açıla bilər:

“Bu məsələ zaman-zaman gündəmə gəlir. Biz hər zaman parlamentdə bu mövzunu müzakirəyə çıxarmışıq ki, quru sərhədlər açılsın. Sərhədlərin hələ də bağlı qalması dövlətin təhlükəsizliyi ilə bağlıdır. Bununla bağlı dövlət rəsmiləri də mövqelərini bildiriblər. Əslində bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır. Dövlətin təhlükəsizliyi hər bir halda bizim üçün önəmlidir. Ermənistanla olan münasibətlər, hələlik sülh müqaviləsinin imzalanmaması o cümlədən İranda olan gərginlik və Rusiya ilə olan münasibətlər - bunların hamısı sərhədlərin açılmasına əngəl olan məsələlərdəndir”.

Deputat qeyd edib ki, sərhədlərin açılması həm ölkə iqtisadiyyatına, həm də əhalinin sosial rifahının yaxşılaşmasına ciddi təsir edəcək:

Vahid Əhmədov əlavə edib ki, onda olan məlumata görə Azərbaycanın COP29-a qədər bəzi qonşu dövlətlərlə sərhədləri açıla bilər. Aldığım məlumata görə, COP29-a qədər ola bilər ki, hansısa bir sərhəd açılsın. Amma Gürcüstanla olan sərhəddin açılma ehtimalı daha çoxdur. Amma açılsa belə, orada xususi rejim tətbiq olunmalıdır və çox ciddi yoxlanışlar keçirilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər