2024-cü ilin noyabrında Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək. Bu çərçivədə bir neçə ölkədən çox sayda nümayəndənin Bakıya gəlməsi nəzərdə tutulur.
Hazırda Ermənistanla münasibətlər, delimitasiya və demarkasiya prosesinin başlaması fonunda Nikol Paşinyanın COP29 tədbiri zamanı ölkəmizə səfəri mümkündürmü?
Mövzu ilə bağlı danışan politoloq Azad Məsiyev deyib ki, Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib:
“Bu tədbirlərin heç birində problem yaranmayıb. Azərbaycan demokratik dövlətdir. Xarici siyasətində beynəlxalq hüquq meyarlarını həmişə əsas meyar tutur. COP29-un ölkəmizdə keçirilməsi rəsmi Bakıda sabitliyin olmasını sübut edir. Azərbaycan bu tədbirlə beynəlxalq aləmin diqqət mərkəzində olacaq”.
Politoloqun sözlərinə görə, Azərbaycan qonşuları ilə dinc yaşama prinsipini əsas götürür:
“Ermənistanla münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüs irəli sürülüb. Əgər Ermənistan bu məsələdə müsbət addım atarsa, Azərbaycandan xoş yanaşma görəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın dəvəti ilə tədbirlə əlaqədar ölkəmizə səfər etsə, bu, iki ölkə arasında etimad mühitini dərinləşdirər”.
Azad Məsiyev son zamanlar Fransa kimi bəzi ölkələrin beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışdığını düşünür:
“COP29-un ölkəmizdə keçirilməsinə qarşı yersiz bəyanatların səsləndirildiyinin də şahidi oluruq. Lakin bunların heç bir əhəmiyyəti yoxdur. Rəsmi Bakı BMT-nın müvafiq strukturları ilə əlaqə yaradacaq və əvvəlki COP tədbirlərinin təcrübələrindən geniş istifadə edəcək”.
Tehsil-press.az