COVİD-19 pandemiyası zamanı bütün dünyada sərhədlər bağlandı. Daha sonra hava yolu bərpa edildi. Hazırda dünyanın əksər ölkələri quru sərhədləri də açıb. Ancaq Azərbaycan haqlı olaraq indiyədək quru sərhədləri açmayıb. Həm müharibə, həm İranla bağlı problemlər bu məsələdə əsas faktor olub.
Bununla bağlı Prezident İlham Əliyev mühüm açıqlama verib və konkret səbəb açıqlayıb: “Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum. Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur. Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq”, - deyə dövlətimizin başçısı bildirib.
Belə aydın olur ki, məhz quru sərhədlərin qapalı saxlanması səbəbindən kənardan gələn ciddi təhdidlərin qarşısı alınıb və risklər aradan qaldırılıb. Təbii ki, bunlar dövlətin və xalqın təhlükəsizliyi üçündür.
Eyni zamanda quru sərhədlərin əbədi qapalı qalması da təbii ki, mümkün deyil. Bəs hansı vaxtda, hansı şəraitdə sərhədlər açıla bilər?
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın quru sərhədləri əbədi bağlı qalmayacaq: “Azərbaycan üçün ciddi təhdidlərin olmadığı qənaətinə gəlindikdə quru sərhədlər açılacaq. Cənab Prezidentin dünənki açıqlaması cəmiyyəti bir çox məsələlər barədə agah etməlidir. Bir tərəfdən koronavirus təhdidinin, digər tərəfdən torpaqlarımızın işğaldan azad edilməsi üçün apardığımız mübarizəyə mane olmaq üçün müəyyən kənar təhdidlərin qarşısı alınırdı. Müəyyən məsələlər var ki, indiki dövrdə onları açıqlamaq olmur. Cənab Prezident bunu açıq bildirdi. Sərhədlərin qapalı saxlanması ilə Azərbaycan üçün problem yaradacaq bir sıra məsələlərin qarşısını aldı, ölkəmizi içərindən partlatmaq istəyən qüvvələrin qarşısına sədd çəkdi. Quru sərhədlərin açılması zaman məsələsidir. Dünənki açıqlama ölkə rəhbərinin milli maraqları, insanların təhlükəsizliyinin qorunması məsələsini hər zaman diqqətdə saxladığını və bunun üçün lazımi, səmərəli addımlar atıldığını göstərir”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə mövzunu belə şərh etdi: “Quru sərhədlərin bağlı qalması cəmiyyətdə suallar yaradırdı. Bəzən dövlət əhəmiyyətli məsələlərlə bağlı cəmiyyətə açıq məlumatların verilməsi problem yaradır, çünki bu məlumatlar təhlükə yaradacaq qüvvələrə də çatır. Prezidentin quru sərhədlərlə bağlı açıqlaması Azərbaycanın ciddi təhdidlərlə üz-üzə qaldığından xəbər verir. 2020-ci ilə pandemiya elan olundu, həmin il Azərbaycan Vətən müharibəsini etmək məcburiyyətində qaldı, torpaqlarımız işğaldan azad edildi, cinayətkar birliklərin varlığına son qoyuldu. Sərhədlərin bağlı olmasının səbəblərindən biri əslində qovşaqda yerləşməsidir. Cənubi Qafqaz həssas regiondur. Böyük güclər hər zaman bu region uğrunda mübarizə aparıblar. Buna görə Cənubi Qafqaza xoş niyyətlə deyil, şəxsi maraqlarına xidmət məqsədilə girmək istəyən qüvvələr regionun aparıcı dövləti, söz sahibi olan Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər. İkinci Qarabağ müharibəsi bu təhdidləri daha da artırdı. Yəni İkinci Qarabağ müharibəsi nəticəsində Cənubi Qafqazı öz maraqlarına uyğun şəkildə idarə etmək istəyən qüvvələrin planlarına zidd olaraq keçmiş münaqişə həllini tapmış oldu. Ondan sonra Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəni diplomatik, hüquqi və informasiya müstəvisində təsdiq etməklə bağlı böyük proses başlatdı. Lakin müəyyən qüvvələr Azərbaycanın qələbəsinə kölgə salmaq istədilər, Azərbaycanı Cənubi Qafqazda hüququ, qanunu pozmaqda ittiham edərək bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyini ortaya qoydular. Məsələn, Fransa sülh təşəbbüslərinin reallaşmasına maneə yaratmaq istəyir. Bunu istəmədiyi üçün Cənubi Qafqaza müəyyən hücumlar təşkil edə bilər. Zamanında Azərbaycana yerləşdirilən kəşfiyyatçıların, casusların fəaliyyətinin aktiv fazaya keçirilməsi ilə bağlı göstəriş verilmişdi. Azərbaycan bu prosesin qarşısını aldı. Əgər sərhədlər bağlı olmasa idi, plan davamlı olacaqdı. Bu planın təkcə Fransa tərəfindən təşkil edildiyini düşünmürəm. Hesab edirəm ki, başqa dövlətlərin də Azərbaycanda casus şəbəkələri ola bilər. Gələcəkdə bununla bağlı məlumatlar verilə bilər”.
X.Bəşirovun fikrincə, sərhədlərin bağlı olması təkcə ölkəyə girişlə bağlı deyil, həm də ölkədən getməklə də bağlıdır: “Casus şəbəkəsinin ifşa olunması ilə şəbəkə üzvlərinin ölkədən qaçma planının da qarşısı alınmış oldu. Bu, böyük dövlətin Azərbaycana qarşı hazırladığı təhlükəli plandır. Odur ki, təhlükəsizlik və sabitlik baxımından Cənubi Qafqazdakı yeni reallıqların fonunda hansı məqamların əhəmiyyətli olduğu aydın görünür. Bu nöqteyi-nəzərdən bağlı qalması üçün əsaslar aradan qalxmayana qədər sərhədlər açılmayacaq. Əgər təhlükələr aradan qalxma mərhələsindədirsə, sərhədlərin açılması ilə bağlı addımlar atıla bilər. Əgər təhlükə qalmaqdadırsa, casus şəbəkəsi tam ifşa edilməyibsə, digər casus şəbəkələrinin olması ilə bağlı hələ də təhlükələr varsa, sərhədlər bu proses yekunlaşana qədər qapalı qalmalıdır. Casus şəbəkəsi ifşa edilibsə, onların verdikləri informasiyalar sayəsində digər casus şəbəkələrinin ifşasını sürətləndirə bilərik. Müvafiq qurumların bu məsələ ilə məşğul olduğu qənaətindəyəm. Ümid edirəm ki, ölkəmiz, milli maraqlarımız üçün çox böyük təhdid olan casus şəbəkəsi vasitəsilə həyata keçirilməli olan məkrli planların ifşa edilməsi qısa zamanda uğurla başa çatacaq və sərhədlərimiz açılacaq. Azərbaycan qapalı dövlət deyil. Ölkəmiz beynəlxalq ictimaiyyətə inteqrasiya olunmaqda maraqlıdır. Bunun sayəsində biz böyük layihələri reallaşdırırıq. Noyabr ayında Azərbaycanda ən böyük tədbirlərdən biri - COP29 keçiriləcək. Bu baxımdan Azərbaycanın qapalı siyasət yürütməsi real görünmür. Dövlətimiz, ələlxüsus da ölkə başçısı üçün prioritet məsələ təhlükəsizlikdir. Bunun üçün sərhədlərin bağlı qalması zəruri xarakter daşıyırsa, buna gedilir. Təbii ki, bu proses bitdikdən sonra sərhədlərin açılmasının şahidi olacağıq”.
Tehsil-press.az