Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan qurumlara ekskursiya ediblər.
Tələbələr ekskursiyaya 28 May stansiyasından qatarla Biləcəri stansiyasına getməklə başlayıblar. Sonra Biləcəri yuyucu-buxarlayıcı stansiyasına və Biləcəri yeni lokomotiv deposuna gedərək “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti haqqında məlumatlandırılıblar.
Ekskursiya zamanı dəmiryol nəqliyyatında həyata keçirilən innovativ proseslər və ətraf mühitə zərərli təsirlərin minimallaşdırılması məqsədilə icra olunan tədbirlər barədə yerində geniş məlumat verilib. Qeyd olunub ki, hazırda respublikanın dəmir yollarında yük və sərnişinlər əsasən elektrik dartı sistemində işləyən müasir hərəkət tərkibləri ilə daşınır ki, bu da ekoloji tarazlığın saxlanılmasına öz müsbət təsirini göstərməkdədir.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az