Azərbaycan Texniki Universitetinin (AzTU) “Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında infoturu keçirilib.
Stansiyanın rəis əvəzi, AzTU-nun məzunu Elmar Məmmədov tur ərzində tələbələrə 3 parkdan ibarət stansiya və “ADY SMART” əməliyyat sistemi haqqında ətraflı məlumat verib. Bildirilib ki, müvafiq vakansiyalar üzrə AzTU tələbələri Biləcəri Dəmiryol Stansiyasında işlə təmin olunacaq.
Tələbələrin istehsalat təcrübə proqramları ilə yanaşı, ödənişli təcrübə proqramlarına cəlb olunması tövsiyə olunub.
AzTU-nun Mətbuat Xidməti