İbtidai sinif müəllimləri “Refleksiv müəllim” layihəsində

İbtidai sinif müəllimləri “Refleksiv müəllim” layihəsində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə Şirvan şəhərində “Refleksiv müəllim” seminarı keçirilib.
İbtidai sinif müəllimlərinin və metodistlərin iştirak etdikləri tədbirdə TİPİİ-nin direktoru Vəfa Yaqublu “Refleksiv müəllim” layihəsinin məqsədi, qaydaları haqqında məlumat verib.
Qeyd olunub ki, seminar dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə kömək məqsədi daşıyır.
Sonra Şirvan şəhər 16 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Lətifə Hüseynovanın Azərbaycan dili fənni üzrə “Əkinçi və canavar”, 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Tağıyevanın riyaziyyat fənni üzrə “Ölçü vahidləri” dərsləri dinlənilib və müzakirə olunub.
Dərsləri müzakirə edilən müəllimlərə TİPİİ-nin “Öyrən - öndə ol!” loqosu yazılmış hədiyyələr, həmçinin “TEAS Press” Nəşriyyat Evinin uşaqlar üçün hazırladığı bədii və informativ kitablar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər