“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bu il orta məktəbi bitirərən 40 şəhid övladı üçün məzun günü tədbiri təşkil olunub.
İctimai Birliyinin sədri Sevinc Orucova açılış nitqi ilə çıxış edib.
O, məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib: “Həyatınızın bütün mərhələlərində atacağınız addımlar zamanı biz hər zaman sizin yanınızda olacağıq”.
Tədbirdə iştirak edən millət vəkilləri məzun olan şəhid övladlarına öz ürək sözlərini və təbriklərini çatdırıblar.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Tədbirin sonunda məzun şəhid övladlarına xatirə hədiyyələri təqdim olunub.
Tehsil-press.az