ADU-da sağlamlıq haqqında maarifləndirici tədbir keçirildi

ADU-da sağlamlıq haqqında maarifləndirici tədbir keçirildi 22 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən sağlamlıq klubunun təşkilatçılığı ilə “Beauty Palace Anti Age Clinic” estetik mərkəzinin baş həkimi ginekoloq Xalidə Rzayeva, kosmetoloq Rühəngiz Məmmədova və Sabina Şirinova ilə görüş keçirildi. Universitetin qız tələbələri üçün təşkil edilən görüşdə öncə tanıtım məqsədi ilə sağlamlıq mərkəzi haqqında videoçarx izlənildi.
İnteraktiv şəkildə baş tutan görüşdə adıçəkilən estetik mərkəzinin kosmetoloqu Rühəngiz Məmmədova PRP, Mezoterapiya, Lazer epilyasiya və digər kosmetoloji xidmətlərdən geniş məlumat verdi. Baş həkim Xalidə Rzayeva isə yeniyetməlik dövründə xanımlarda baş verən dəyişikliklər və onların fəsadları haqqında maarifləndirici informasiyaları tələbələrin nəzərinə çatdırdı. Sonda tələbələrə sağlamlıq mərkəzinə aid məlumatları özündə əks etdirən broşuralar paylanıldı.

tehsil-press.az

Oxşar xəbərlər