Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşı, Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının magistrantı Nurayə Məmmədova Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzi (NBİM) tərəfindən MDB ölkələrindən olan gənc alim və mütəxəssislər üçün elan edilmiş XVII Təlim-təcrübə proqramı çərçivəsində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi-təcrübə proqramında iştirak edib.
Təlim zamanı BDU əməkdaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nəzəri fizika, Radiasiya biologiyası, Yüksək enerjilər fizikası, Nuvə reaksiyaları, Nuvə problemləri, Neytronlar fizikası, Xromosomlar abberasiyası və Radiasiya terapiyası laboratoriyaları, “Xüsusi ekonomik zona”da NİCA kollayderi, siklotron DC-280, sinxrofazatron, ARİADNA injektoru, MDP və GERDA detektorları ilə tanış olub. Proqram çərçivəsində “Yadro”, “Paskal”, “eNcore” şirkətlərinin istehsal etdikləri məhsullar haqqında geniş məlumat verilib, istehsal prosesi əyani izlənilib. Təlim-təcrübə proqramının sonunda iştirakçılardan ibarət komandalar prototip layihə hazırlayaraq təqdim ediblər.
Tehsil-press.az