Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru (BNTİ), akademik Viktor Matveyev, Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini, akademik Grigoriy Trubnikov, Qazaxıstanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Səlahiyyətli Nümayəndəsi Ergazı Kenjin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzini ziyarət ediblər. Görüşdə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Azərbaycan Nüvə Təbabəti Mərkəzinin direktoru Fuad Novruzov iştirak ediblər. Məqsəd Nüvə Təbabəti Mərkəzi ilə tanış olmaq, əməkdaşlıq imkanlarını müzakirə etmək və s. olub.
BNTİ-nin direktoru V.Matveyev rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələri haqqında məlumat verib.
Qonaqlara Nüvə Təbabəti Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz 2016-cı ildə yaradılıb. Xərçəng xəstəliklərinin erkən aşkarlanmasında böyük əhəmiyyəti olan Nüvə Təbabəti Mərkəzində təcrübəli kadrların çalışdığını, onların xarici ölkələrdə təhsil aldıqlarını və təcrübə keçdikləri qeyd olunub.
Görüşün sonunda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tehsil-press.az