Bakı Dövlət Universitetində (BDU) Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə IELTS imtahanında uğur qazanmış tələbələrin təltifolunma mərasimi keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılıb. Layihənin əsas məqsədi təhsilin keyfiyyətini, xarici dil biliklərinin səviyyəsini yüksəltməkdir. Rektor bunun tələbələr üçün böyük fürsət, dövlətin gənclərə qayğısının daha bir bariz nümunəsi olduğunu vurğulayıb: “Xarici dillərin, o cümlədən elm, inkişaf dili sayılan ingilis dilinin öyrənilməsi günün tələbidir. Bunu nəzərə alaraq BDU-da dövlət-özəl əməkdaşlığı formatında “You will speak” Dil Mərkəzi yaradılıb”.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov isə bu layihənin tələbələrin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, 3 il əvvəl Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə icra etdiyi layihənin 6 tərəfdaş ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) vardı. Artıq Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti də layihəyə qoşulub. Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 350-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov imtahanda uğur qazanan tələbələri təbrik edib. O bildirib ki, elmi-pedaqoji heyətin və təhsilalanların dil biliklərinin yüksək olması onların özlərinin, təmsil etdikləri ali təhsil müəssisəsinin və ölkənin inkişafına fayda verir. Təsadüfi deyil ki, ötən il Dövlət Proqramı çərçivəsində 49 gəncimiz dünyanın ən yaxşı 10 universitetinə qəbul olunub.
Sonda BDU-nun IELTS imtahanında uğurlu nəticə göstərən 17 tələbəsinə müvafiq sertifikatlar təqdim olunub.
Tehsil-press.az