Ebeko vulkanı kül püskürüb

Ebeko vulkanı kül püskürüb Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında iki kilometr hündürlükdə kül püskürməsi qeydə alıblar.

Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, kül kütləsi vulkandan beş kilometr şimala doğru uzanıb.

Qeyd edək ki, Ebeko Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1 156 metrdir.

Tehsil-press.az

Oxşar xəbərlər