Popokatepetl vulkanında son 24 saat ərzində 9 püskürmə baş verdi

Popokatepetl vulkanında son 24 saat ərzində 9 püskürmə baş verdi Meksikada Popokatepetl vulkanında son 24 saat ərzində 9 yeni püskürmə qeydə alınıb.
Meksika Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi (CENAPRED) məlumat yayıb.
Vulkan püskürməsi zamanı 293 dəfə qaz və kül çıxışının qeydə alındığı vurğulanıb. Məlumatda vulkanın külünün küləyin təsiri ilə cənub və cənub-şərq istiqamətlərinə doğru yayıldığı bildirilib.
Səlahiyyətlilər Popocatepetl vulkanında partlayıcı fəaliyyətin orta miqyasda davam edəcəyinə də diqqət çəkib və vətəndaşlara vulkanın kraterindən uzaq durmaları barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ilin əvvəlindən bu yana vulkanda püskürmələrin sayı 376-ya yüksəlib.

Tehsil-press.az




Oxşar xəbərlər