Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə yerli və beynəlxalq mətbuatda yazılar dərc olunur. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksər məmurların özlərinin və övladlarının sahib olduqları şirkətlərin, obyektlərin olması artıq adi hal alıb.
Sabiq “SOCAR”-ın rəhbəri, hazırda İqtisadiyyat nazirinin müavini vəzifəsini tutan Rövnəq Abdullayevin qızı Sevinc Əliyeva Bakı şəhərində milyonluq obyekti var.
Daxil olan məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Xətai rayon Natiq Əliyev küçəsi 92B ünvanında tikinti sahəsi 4100 kvadrat olan 3 mərtəbəli obyekt Əliyeva Sevinc Rövnəq qızının adına sənədləşdirilib. 4,5 sot ərazidə inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox qiymətləndirilir.
Məlumatlara əsasən Sevinc Əliyeva Liv Bona Dea Hospitalın rəhbər vəzifəsində çalışır.
Bu məsələ ilə bağlı Sevinc Əliyevanın mövqeyini öyrənməyə istəsək də zəng etdiyimiz nömrədən onun mətbuatla maraqlı olmadığını bildirdilər./xalq.az/
Tehsil-press.az