Naxçıvan Dövlət Universitetinin də üzv olduğu Qara Dəniz Universitetlər Şəbəkəsinin təşkilatçılığı ilə İstanbul Universitetinin ev sahibliyində keçirilən “Qara Dəniz regionundan olan rektorların 16-cı konfransı” adlı QDUŞ 2024-cü il Konqresində Naxçıvan Dövlət Universitetini rektor Elbrus İsayevin rəhbərliyində beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə və İqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı təmsil ediblər.
Konfransın açılış tədbirində Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, QDUŞ Prezidenti Marian Preda, QDUŞ baş katibi Eden Mamut, İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, TÜBİTAK prezidenti Hasan Mandal, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker, UNICA (Avropa Paytaxtları Universitetləri Şəbəkəsi) Sorin Kostrei, QDİƏT baş katibi Lazar Komanesku çıxış edərək elmin də sülh qədər önəmli olduğunu, qlobal təhlükəsizlik, dijital transformasiya məsələlərinin aktuallaşdığı müasir dövrümüzdə iqtisadi, siyasi, akademik əməkdaşlıqların olduqca böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Belə ki, QDİƏT və QDUŞ kimi bir-birini tamamlayan iqtisadi və akademik təşkilatlar məhz sadalanan missiyalara xidmət edir.
Konfransda natiqlər bu səbəbdən BMT dayanıqlı inkişaf məqsədləri sahəsindəki lazımi proseslərin, qarşıya çıxan çətinliklərin və onların həll yollarının müəyyən edilməsi üçün universitetlərarası əməkdaşlıq və fəaliyyətlərin təhlükəsizlik və sülhün təmin edilməsi baxımından da vacibliyinə diqqət çəkiblər.
Açılış tədbirindən sonra konfransın panel diskussiyaları öz işinə başlayıb. “Cəmiyyətdə elməsaslı qərarvermənin təmin edilməsi və universitetlərin rolu”, “Genişləndirilmiş Qara Dəniz Regionunda sülhün yeni gündəliyi və regional əməkdaşlıq institutlarının reformasiyası” başlıqlı sessiyalarda moderatorlar idarəçiliyində konfrans davam edib.
Tehsil-press.az