Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə İsa Qəmbər özü məlumat verib.
“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, – deyə o bildirib.
Siyasi kluarlarda İsa Qəmbərin deputat mandatı qarşılığında hakimiyyətlə anlaşdığı haqda söhbətlər dolaşırdı.
O, Müsavat yenidən başqanı seçiləndə bunu parlament seçkilərində iştirakla əlaqələndirirdilər. Hətta Milli Məclisin vitse-spikeri Adil Əliyev Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə sosial şəbəkələrdə belə iddialar səsləndirilirdi ki, onun dairəsi İsa Qəmbər üçün boşaldılıb. Lakin göründüyü kimi bu mülahizələrin heç bir təsdiqni tapmayıb.
Tehsil-press.az