İsa Qəmbər yenidən başqan seçildi

İsa Qəmbər yenidən başqan seçildi İsa Qəmbər yenidən başqan postuna seçilib.

Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib.

Seçkidə 282 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 279 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.

xxx

Bu gün Müsavat Partiyası XI qurultayını keçirir.

Qurultay Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunub.

Qurultayda partiyaya yeni başqan seçiləcəyi gözlənilir. 2014-cü ildə yerini Arif Hacılıya verən İsa Qəmbərin yenidən partiya sədri olacağı gözlənilir.

İsa Qəmbər partiya sədrliyinə yeganə namizəddir. Belə ki, Natiq Mehdi və Osman Kazımov namizədliklərini geri götürüblər.

Tehsil-press.az

Oxşar xəbərlər