Tələbələrin köçürülməsində hansı yeniliklər olacaq? – AÇIQLAMA

Tələbələrin köçürülməsində hansı yeniliklər olacaq? – AÇIQLAMA İyulun 25-dən 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanır.

Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində tələbələrin köçürülməsi ilə bağlı bir sıra yeniliklər tətbiq ediləcək.

“Pərakəndəliyə son verildi”

Proses barədə danışan təhsil eksperti Elçin Muradın sözlərinə görə, müstəlliyin ilk illərində tələbələrin köçürülməsi proseis pərakəndə şəkildə idi və kifayət qədər söz-söhbətə səbəb olurdu:

“Xüsusilə də xarici universitetlərə aşağı balla qəbul olub daha sonra respublikamıza köçürülən tələbələr olurdu. Elm və Təhsil Nazirliyi bir neçə ildir ki, bu prosesi mərkəzləşdirib və bu cür söz-söhbətlərə demək olar ki, son qoyub. Obyektiv səbəblərdən dolayı köçürmə istəyənlər ola bilər. Məsələn buraya ailə vəziyyəti, daha yaxşı təhsil alma məqsədi ola bilər. Bu hallarda paytaxtdan regionlara və yaxud əksinə regionlardan paytaxta köçürmələr ola bilər. Köçürmədə məqsəd tələbələrə, onların elmi-pedaqoji fəaliyyətinə, ailə-məişət şəraitinə dəstək olmaqdır. Xüsusilə xarici ölkələrdə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan şəxslərə dəstəkdir ki, geri qayıdıb təhsilini burada davam etdirə bilsin”.

Ekspert bildirib ki, bu proses əvvəl ildə 2 dəfə olurdu və müəyyən çətinliklərə gətirib çıxarırdı:

“Universitetlər sessiya imtahanlarını və s prosesləri ən yaxşı halda fevralın 5-nə qədər yekunlaşdırırdı. Köçürmə prosesi uzun çəkdiyi üçün köçürülənlərin arayış alması və köçürüləcəyi universitetə qeydiyyat aparılması müəyyən müddətə onu tədrisdən uzaqlaşdırırdı. Elm və Təhsil Nazirliyinin qərarı ilə artıq köçürmələr ildə bir dəfə yayda həyata keçirilir. Bu zaman da kifayət qədər zaman olur ki, tələbə universitetdən sənədlərini alsın və təqdim etsin”.

E.Murad qeyd edib ki, tələbələrin köçürülməsi onlar üçün yaradılan bir imkandır. Bu imkandan faydalı şəkildə istifadə edilməlidir:

“Daha yaxşı şəraitli, ciddi tədris mühiti olan bir universitetdən daha rahat mühiti olan universitetə keçməyə can atmamalıdırlar. Köçürmələr inkişafa yönəlməlidir. Amma müxtəlif səbəblərdən universiteti dəyişməyi düşünürlərsə şəxsi məsələləridir. Transfer köçürmə inkişafa yönəlik olmalıdır. Qardaş Türkiyədə də belə sistem var. Əsasən region universitetlərində nailiyyətləri yüksəkolan tələbələr köçürülmə ilə İstanbul, Ankara və İzmirdəki universitetlərə köçürülürlər. Bu da onların həyatına kifayət qədər müsbət çalar qatır. Bizdə də regionda oxuyan, amma akademik göstəricilər üçün bir imkandır ki, maddi, texniki şəraiti daha güclü universitetlərdə təhsillərini davam etdirə bilərlər”.

“Köçürülmə 90% hallarda neqativləri düzəltmək üçün olur”

Köçürülməni şərh edən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, bütün problemlər yanlış ixtisas seçimindən irəli gəlir:

“Tələbə yaxud onun üçün ixtisas seçən şəxs naşı olur, ödənişsiz tədris ala biləcəyi halda ödənişli təhsilə düşür, hətta tələbə Bakıda təhsil almaq istəyir amma gedib regionlara düşür. Ona görə də ixtisas seçimində istəmədikləri heç yeri yazmamalıdırlar. Məsələn Lənkəranda oxumaq istəmirlərsə yer doldurmaq üçün yazmasınlar”.

Ekspert deyib ki, transferin önəmi odur ki, əgər balın uyğundursa və digər göstəriciləri ödəyirsənsə, arzuladığın yerə transfer oluna bilirsən:

“Bundan əlavə olaraq ailəvi məsələlər səbəbindən də köçürülmə həyata keçirilə bilir. Məsələn tələbə Gəncədə yaşayır və orada təhsil alır, amma sonra evlənib yaşayış yerini dəyişməli olur. Bu zaman köçürülmə onlara kömək edir. Köçürülmə 90% hallarda neqativləri düzəltmək üçün olur. İstəmədiyi ixtisasa düşür və transfer etmək istəyir. Transfer zamanı ixtisasdəyişmə də həyata keçirilə bilir. Transferin mənfi tərəfləri də var. Məsələn əgər ixtisasını dəyişirsənsə, ödənişsiz təhsil alsan belə anccaq ödənişli əsaslarla transfer edilə bilərsən. Əlavə olaraq transfer edəcəyin ixtisasda tədris edilən fənnləri əvvəlki ixtisasında keçməsisənsə avətomatik olaraq kəsrlərin yaranır”.

Tehsil-press.az

Oxşar xəbərlər